
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Novxanı kəndidir
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial aksiya bu həftə Abşeron rayonu, Novxanı kəndində keçiriləcək.
“Economic“in məlumatına görə, vətəndaşların rahatlığını təmin edərək bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətləri səyyar formada təqdim ediləcək. Sakinlər 01-05 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Novxanı kəndi, Şıxəli Qurbanov küçəsi 1 (Novxanı İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə yaxınlaşa bilər.
Əlçatan xidməti sürətli və müasir üsullarla vətəndaşlara təklif edən bu layihə ərazi idarəsinə getmədən fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakları qeydiyyata almağa şərait yaradır.
BƏNZƏR MƏQALƏLƏR
Mayın 4-dəki hərraca 62 dövlət əmlakı çıxarılacaq
Economic.az: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac mayın 4-də təşkil ediləcək. […]
Bakıda ötən ay kirayə mənzillərin qiyməti ucuzlaşıb.
Economic .Az bildirir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində […]
Mənzil necə özəlləşdirilir?
Mənzilin özəlləşdirilməsi – vətəndaşların dövlət mənzil fondunda könüllü əsaslarla tutduqları yaşayış sahələrinin onların mülkiyyətinə verilməsidir. […]