
“Electro Home”-un yeni filialı Göyçayda açıldı
Elektronika və məişət avadanlıqları üzrə satış liderlərindən olan “Elektro Home ” şirkəti Göyçayda yeni mağazasını açıb. Göyçay şəhəri, Ləkçıplaq kəndində (1 saylı orta məktəbin yanı) yerləşən mağaza ən son texnoloji və məişət avadanlıqlarının satışını həyata keçirir.
Artıq yerli sakinlərin elektronik avadanlıqlara olan ehtiyaclarını ödəmək üçün paytaxt və digər şəhərlərə üz tutmaqlarına ehtiyac qalmayacaq. Ən son, innovativ bütün məhsullar onların şəhərinə gəlir. Bol çeşid, endirimlər, möhtəşəm kampaniyalar ilə yerli sakinlərə xidmət göstərəcək mağaza paytaxt mağazaları ilə eyni üstünlükləri alıcılara təqdim edir.
Yarandığı ilk gündən alıcıların etimadını qazanmış “Elektro Home” hazırda 50-dən çox xarici brendin məhsullarının satışını edir. Mağazaların ikisi Sumqayıt şəhərində, biri isə Göyçay şəhərində yerləşir. Yaxın zamanda isə digər bölgərdə yeni mağazaların açılışı gözlənilir.
BƏNZƏR MƏQALƏLƏR
KOBİA İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq İnkişaf Agentliyi ilə əməkdaşlıq edəcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq […]
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]