MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

salim_muslimov

ƏƏSMN vergi və sosial ödənişlərlə bağlı yoxlamaların birləşdirilməsini aktual hesab etmir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vergi və sosial ödənişlərlə bağlı yoxlamaların birləşdirilməsinə ehtiyac görmür.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib ki, hazırda icbari dövlət sosial sığorta üçün ayrılmalar üzrə ödənişlərin səyyar yoxlamaları aparılmır, buna görə də sual yaranır ki, vergi yoxlamalarını məhz nə ilə birləşdirəcəklər?

Onun sözlərinə görə, hazırda yalnız kameral yoxlamalar aparılır: “Bunun vasitəsilə ödənişlər prosesi üzərində nəzarət aparılır. Bu proses normal rejimdə aparılır. Əgər yoxlamalar faktiki olaraq yoxdursa, onları nə ilə birləşdirəsən?

Qeyd edək ki, “Deloitte and Touche” MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nuran Kərimov Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən vergi və sosial ödənişlərlə bağlı yoxlamaların birləşdirilməsini təklif etmişdi.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top