“Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda Konfrans keçiriləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda Konfrans keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi və Dünya Bankının birgə təşkilatçılığı ilə 12 iyun tarixində, saat 08:45-də, Marriott Hotelinin “Şərq” zalında “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda Konfrans keçiriləcəkdir. Economic-ə verilən məlumata görə, konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Navid Həsən Naqvi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, İqtisadiyyat nazirliyinin, Maliyyə nazirliyinin əməkdaşları, müstəqil iqtisadçı ekspertlər və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.

Konfrans çərçivəsində dövlət müəssisələrinin fəaliyyətinin əsas göstəricilərinin təhlili üçün maliyyə monitorinqi alətləri və sistemi təqdim edilərək, Hökumət, onun qurumları və dövlət müəssisələri arasında daha uğurlu idarəetmə üzrə məlumat axınının inzibatçılığını təkmilləşdirmək və Azərbaycanda dövlət müəssisələrinə dair islahatların aparılmasının davam etdirilməsi barədə qərarların qəbul edilməsi sahəsində müzakirələr təşkil ediləcəkdir.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top