DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi  naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin fəaliyyətindən bəhs edib.

O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, tam şəffaf və müasir, innovativ əsasda, nəzakətli şəkildə təqdim edilməsinə imkan yaratdığını vurğulayıb.

Qeyd olunub ki, 2019-cu ilin may ayından bəri DOST Agentliyi və  bundan sonra 5 DOST mərkəzi açılıb, paytaxtın bütün rayonları və Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. 155 xidmətin təqdim edildiyi həmin mərkəzlərdə ötən dövrdə 537 min vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Əhali Fondu tərəfindən birgə icra olun “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində yaradılan İnklüziv İncəsənət Məktəbindən danışılıb. Bildirilib ki, 4 saylı Bakı DOST Mərkəzində yerləşən bu məktəbdə əlilliyi olan tələbələrə əlilliyi olmayan tələbələrlə birlikdə rəsm, toxuculuq və ağac üzərində oymaçılıq üzrə bilik və bacarıqlar öyrədilir.

Ümumilikdə inklüziv inkişaf və yaradıcılığa dəstək verən, əlilliyi olan şəxslərin yardıcılıq imkanlarının genişlənməsi və cəmiyyətə tanıdılmasına öz töhfəsini verən bu fəaliyyətin çevrəsinin bütün DOST mərkəzləri üzrə genişlənməsi nəzərdə tutulur.

Bu məqsədlə də  DOST Agentliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılması qərara alınıb.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top