Doqquz ayda əmtəə ixracı və idxalının həcmi açıqlanıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Doqquz ayda əmtəə ixracı və idxalının həcmi açıqlanıb

Bu ilin 9 ayında əmtəə ixracı 13,9 milyard dollar (42,3 faiz artım) təşkil edib.

Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin bahalaşması (49 faiz və ya 1,5 dəfə) səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 43 faiz artaraq 12,2 milyard dollar olub. İxrac olunmuş neft məhsullarının (9,6 milyard dollar) 8,9 milyard dolları xam neftin, 627 milyon dolları isə neft emalı məhsullarının payına düşür. 2021-ci ilin 9 ayı üzrə qeyri-neft ixracı 38,1 faiz artaraq 1,7 milyard dollar olub.

Hesabat dövründə əmtəə idxalı 0,9 faiz artaraq 7,5 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3,6 milyard dollar olub, bunun da 1,2 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 3,2 faiz artaraq 6,2 milyard dollar olub. Qeyri-neft idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (1,9 dəfə), əczaçılıq məhsullarının (1,5 dəfə), ətir və kosmetik vasitələrinin (44 faiz), minik avtomobillərinin (40 faiz), dəmir yolu nəqliyyat vasitələrinin (39,4 faiz), şəkərin (36,6 faiz), mebel məhsullarının (25,6 faiz), alkoqollu və alkoqolsuz içkilərinin (21 faiz), daş və şüşə məmulatlarının (20 faiz), ağac məmulatlarının (16,3 faiz), tütün və tütün məhsullarının (12 faiz), tərəvəz məhsullarının (10,4 faiz), kağız məmulatlarının (7 faiz) və palma yağının (4,5 faiz) idxalı artıb, uçuş aparatlarının (11,4 dəfə), dənli bitkilərin (13,5 faiz), metalların (11,4 faiz), sabun və yuyucu vasitələrinin (8 faiz) və kərə yağının (6,7 faiz) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8,4 faiz təşkil edərək 0,6 milyard dollar olub. /Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top