Dmitri Medvedev Azərbaycan prezidentinə məktub göndərib
Rusiya hökumətinin sədri Dmitri MedvedevAzərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
“Economic”-in məlumatına görə, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin inamlı qələbəniz Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına, beynəlxalq arenada nüfuzunun artmasına yönəlmiş kursunuza vətəndaşların geniş dəstəyinin və etibarının sübutudur. Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə verdiyiniz əhəmiyyətli töhfəni xüsusilə qeyd etmək istərdim. Əminəm ki, ikitərəfli əməkdaşlığın bundan sonra da hərtərəfli genişləndirilməsi, müxtəlif sahələrdə birgə perspektiv layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ali dövləti vəzifənizdə yeni uğurlar arzulayıram”.
BƏNZƏR MƏQALƏLƏR
-
Moldova ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın ölkəmizdə səfərdə olan Baş naziri xanım Nataliya Qavrilitsa ilə görüşüb. […]
-
İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər […]
-
Azərbaycanlı qardaşlarımızın yanındayıq -ƏRDOĞAN
“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində əvvəl olduğu kimi indi də yanında olacağıq”. Bunu Türkiyə Prezidenti Rəcəb […]