MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

demirbank

DəmirBank-ın ödəniş terminallarının imkanları və şəbəkəsi artır

DəmirBank həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə müştərilərə Banka məxsus terminallar vasitəsi ilə geniş çeşiddə məhsul və xidmətlər üzrə ödənişlərin aparılması imkanını yaratmışdır. Hal-hazırda Cash-in terminallarında kredit ödənişləri, cari hesaba mədaxil kimi bank əməliyyatlardan əlavə kommunal xidmət, mobil rabitə, internet, kabel TV və digər ödənişləri həyata keçirmək mümkündür.

Hazırda DəmirBankın paytaxt və bölgə filiallarının daxili ilə yanaşı, çöldə də ödəniş terminalları qoyulub ki, bu istənilən vaxt aparatların xidmətindən istifadəsini mümkün edir.

Bank müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirir və bu məqsədlə gələcəkdə terminal sayının artırılması və yeni xidmətlərin əlavə edilməsi gözlənilir.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

 

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az/

www.facebook.com/demirbank.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top