
Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlara təlimlər keçiriləcək
Economic: 2021-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlar üçün təlimlər davam etdirilir. İndiyə qədər düzən sahələrdə biçini aparacaq kombayn mexanizatorları üçün təlimlər keçirilib. Aprelin 5-dən etibarən “Aqroservis” ASC tərəfindən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində “New Holland 5.90 Hillside” markalı taxılyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün ödənişsiz təlimlərə start veriləcək.
Məqsəd MDB məkanında ilk dəfə Azərbaycan Respublikasına gətirilən və çətin relyefli sahələrdə biçin aparan bu texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombaynlara düzgün texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə 4 qrupdan ibarət olmaqla ümumilikdə 40 mexanizator iştirak edəcək.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir.
Təlimdən sonra keçirilən imtahanı uğurla keçən hər bir mexanizatora sertifikat təqdim edilir. Qeyd edək ki, sertifikatı olmayan mexaniztorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.
BƏNZƏR MƏQALƏLƏR
Fermerlərin diqqətinə: Birdəfəlik əkin subsidiyası almaq üçün müraciətlərin qəbulu davam edir
ECONOMİC: Bu ildən Azərbaycanda fermerlərə ilk dəfə olaraq birdəfəlik əkin subsidiyası ödəniləcək. Birdəfəlik əkin subsidiyası […]
Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan-Türkiyə “Qardaşlıq bağı” salınıb
ECONOMIC: Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirin rəhbərlik etdiyi nümayəndə […]
Kənd təsərrüfatı məhsullarının ixracına dair təşviq təlimləri başa çatıb
ECONOMİC: Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracının […]