“CNN Indonesia”: “Bakı şəhərində tarix Avropanın Asiya dadından zövq alır” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“CNN Indonesia”: “Bakı şəhərində tarix Avropanın Asiya dadından zövq alır”

“CNN Indonesia” portalı Bakının turizm potensialı barədə məqalə yayıb

“CNN Indonesia” portalında paytaxtımızın turizm potensialı haqqında “Bakı şəhərində tarix Avropanın Asiya dadından zövq alır” başlıqlı məqalə yerləşdirilib.

Məqalədə Bakının Asiya ilə Avropanı birləşdirən Azərbaycanın paytaxtı olduğu, buradakı İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah, Heydər Əliyev Mərkəzi, Bakı bulvarı və “Alov qüllələri” kimi tarixi və mədəni obyektlər haqqında ətraflı məlumat verilir.

Bakının ən təhlükəsiz şəhərlərdən biri olduğuna diqqət çəkilən məqalədə qeyd edilir ki, gecə işıqlarının bərq vurduğu bu şəhərdə hətta gecə yarısı belə turistlərin öz ailələri ilə birlikdə rahatlıqla gəzdiklərinin şahidi ola bilərsiniz.

“TripAdvisor” adlı məşhur turizm portalının Bakını Asiyada turistlərin böyük üstünlük verdiyi birnömrəli şəhər olaraq qeyd etdiyi oxucuların diqqətinə çatdırılır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top