Çin Xalq Respublikasından Azərbaycana yumurta idxalı olunmayıb
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.
Xidmətin məlumatında bildirilir ki, ölkəyə idxal edilən bütün növ heyvan, heyvan mənşəli, eləcə də quş əti və quşçuluq məhsulları Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirildikdən sonra həmin məhsulların istifadəsinə icazə verilir: “Kütləvi informasiya vasitələrindən və əhalidən xahiş edirik ki, süni yumurtanın mövcud olması və satışı ilə bağlı kimdə məlumat, fakt olarsa bu barədə dərhal Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə, eləcə də xidmətin (012) 562-18-76, (012) 440-84-50 nömrəli telefonlarına məlumat versinlər. Xidmət bu faktı kütləvi informasiya vasitələrinin və əhalinin iştirakı ilə araşdırmağa hazırdır”.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir bildirir ki, Xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının, o cümlədən quş əti və yumurtanın idxalına və istifadəsinə ciddi nəzarət olunur.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]