MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

qaz

Bu il 107 «novostroyka»ya qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi (İB) bu il 100-dən artıq binaya qaz verib. SOCAR-dan  verilən məlumata görə, «Azəriqaz» İB yanvar-mart aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 107 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 3 min 191 ailə yaşayır. Məlumatda bildirilir ki, “Azəriqaz” İB zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top