Bu gün bir neçə rayonda müvəqqəti qaz olmuyacaq - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu gün bir neçə rayonda müvəqqəti qaz olmuyacaq

Bir neçə magistral qaz kəmərində təmir işləri aparılacaq

Economic.aza verilən xəbərə görə, Aprelin 20-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Mehdiabad”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim” və “Mədrəsə”, Astara magistral qaz kəmərləri sahəsinin “Avrora”, “Xarxatan”, “Tüklə” və ”Masallı” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.Təmir müddətində Abşeron rayonunun Mehdiabad, Qobustan rayonunun Ərəbqədim, Şamaxı rayonunun Mədrəsə, Masallı rayonunun Ərkivan, Boradigah, Axundov və Tüklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Lənkəran rayonunun və Masallı şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top