
BTQ ilə yeni növ yüklərin nəqlinə başlandı
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin nəqlinə başlayıb.
Economic.Az Trend-ə istinadən xəbər verir ki, şirkət, Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına start verib. ADY Express Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birgə polad və plastmass borular və beton dirkləri, Türkiyədən Azərbaycana nəql etməyə müvəffəq olub.
250 ton polad borular, 26 yarımvaqonda Bakı-Tbilisi-Qars dəmir yolundan keçməklə Tükriyədən Gəncə şəhərinə daşınıb. 100 to plastmass borular, 11 platformaya yüklənərək, Türkiyədən Şəmkirə nəql edilib.
600 ton beton dirəklər isə, 10 yarımvaqonda BTQ vasitəsi ilə Türkiyədən Abşerona çatdırılıb.
Bütün yüklərərin çatdırılma vaxtı (tranzit vaxtı) 3 gün təşkil edib. Yüklər Türkiyədən Gürcüstanın Axalkalaki stansiyasına çatdırılaraq, burada vaqonlarda təkər arabacıqların dəyişdirilməsi əməliyyatından sonra Azərbayacana yollarını davam etdiriblər.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars daəmir yolu vasitəsi ilə bu növ yüklərin daşınmasının davamlı olacağı nəzərdə tutulub.
Beləliklə BTQ dəmir yolunun yaratdığı imkanlar, yük sahiblərinə bu yolla məhsullarının daşınmasına gözəl şərait yaradaraq, yüklərin nəqlinin daha rahat, sürətli və təhlükəsiz edir.
BƏNZƏR MƏQALƏLƏR
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəxsi avtomobili ilə ticarətlə məşğul olan şəxs fərqlənmə nişanı almalıdırmı?
Şəxsi avtomobili ilə pərakəndə ticarətlə -ərzaq məhsullarının satışı ilə məşğul olan fiziki şəxs fərqlənmə nişanı […]
Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının idarə heyətinə yeni üzvlər seçilib
Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosasiyası (ABADA) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət […]