MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

bp

BP və tərəfdaşları indiyədək Azərbaycandakı layihələrinə 70 milyard dollardan çox sərmayə yatırıb

Dünyanın ən böyük enerji şirkətlərindən olan İngiltərənin “British Petroleum” (BP) şirkəti və onun tərəfdaşları bu vaxtadək Azərbaycandakı neft-qaz layihələrinə və digər sahələrə 70 milyard dollardan çox sərmayə yatırıb.

Bu barədə BP-nin məlumatında deyilir. Bildirilir ki, BP Azərbaycandakı layihələrə sərmayə yatırmağı davam etdirmək niyyətindədir.

Qeyd edək ki, BP Azərbaycanın neft-qaz sektorunda ən iri xarici investorudur. Şirkət “Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) neft-qaz yataqlar bloku, “Şahdəniz” qaz-kondensat yatağı, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinin səhmdarıdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top