MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

pambiq sahesidfg cvccgtrfy5697tgfbffvbjbvhbsahesidf

Bol pambıq yetişdirilməsində suvarmanın rolu

Təcrübəli təsərrüfatçılar  bilirlər ki,  bol pambıq məhsulu əldə etmək üçün sudan səmərəli   istifadə etmək lazımdır. Bu bitki nə qədər  su tələb etsə də, suvarmanın mütərəqqi metodlarından istifadə daha çox effekt verir. Təsadüfi deyil ki,  Prezident İlham Əliyev bu günlərdə Saatlı rayonunda keçirilən respublika müşavirəsindəki nitqində pambıqçılığın inkişaf etdirilməsindən danışarkən bu sahəyə geniş yer ayırıb. Dövlətimizin başçısı qeyd edib ki,  indi dünyada müasir suvarma sistemi sayılan pivot suvarma sistemləri artıq ölkəmizə bir neçə ildir ki, gətirilib. Ancaq ondan bəzi rayonlarda yalnız  özəl qurumlar istifadə ediblər. Yaxşı olar ki, təkcə pambıqçılıqda deyil, kənd təsərrüfatının bitkiçilik sahələrinin hamısında bu mütərəqqi suvarma üsulundan istifadə olunsun. Pivot suvarma sistemindən səmərəli istifadə həm suyun itkiyə getməsinin qarşısını alır, həm də məhsuldarlığı xeyli artırır.

Prezident müşavirədə deyib: “Bütövlükdə, əvvəlki illərdə və son illər ərzində meliorasiya sahəsinə ayrılmış böyük vəsait artıq öz nəticəsini göstərir. Biz son illər ərzində 4 böyük su anbarını yaratdıq. Onlardan Taxtakörpü və Şəmkirçay ən böyük su hövzələridir. Göytəpə və Tovuzçay su anbarları da istifadəyə verilib və bunun nəticəsində on minlərlə yeni torpaqlar əkinə cəlb olunur. İndi bütün işlər görülür. Bu istiqamətdə işlər davam etdirilməlidir və suvarma ilə bağlı indi çox ciddi fəaliyyət proqramı hazırlanır.  Əlbəttə ki, kanalların təmizlənməsi, yeni kanalların çəkilməsi, eyni zamanda, əkin sahələrində pivot sistemlərinin qurulması böyük məna daşıyır.”

Tərtər rayonu Səhləbad kəndinin sakini, ixtisasca aqronom olan Vüqar Manafov deyir ki, cənab Prezidentin  pambıqçılığın inkişafına böyük önəm verməsi ailəmizdə razılıqla qarşılandı.  V.Manafov  bildirir ki, bu sahə ailəmiz üçün çox doğmadır. Anam Maral Alıxanova ölkəmizin adlı-sanlı pambıq ustalarından biri idi. 1950-ci illərdə  öhdəsindəki sahənin  hər hektarında  40-45 sentner yüksək  keyfiyyətli  pambıq yetişdirdiyinə və əllə  yığımda rekord nəticələr  qazandığına görə  SSRİ-nin ən yüksək  mükafatına-  Lenin ordeninə və Sosialist  Əməyi Qəhrəmanı adına layiq görülmüş, ona “Volqa” avtomaşını hədiyyə edilmişdi.  Şəninə  o zaman sevilən “Ay Maral” mahnısı bəstələnmişdi.  Pambığın “dilini” yaxşı bilən  anam həmişə deyirdi ki,  düzgün suvarma məhsulun əsasıdır. Möhtərəm Prezidentimizin pambıqçılığın inkişafı ilə bağlı keçirdiyi müşavirədəki nitqi həm bizdə gözəl nostalji  hisslər oyatdı, həm də bu sahədə həvəslə  işləyəcəyimizə yeni stimul yaratdı. Böyük əkin sahəmiz var və biz də dövlətimizin hərtərəfli yardımından istifadə edərək bol pambıq yetişdirməyi hədəfləmişik. Fərəhlidir ki, dövlətimiz pambıq əkənlər üçün hər cür lazımi şərait yaradır. Bizə yalnız əkinin, becərmənin, suvarmanın və məhsul yığımının mütərəqqi metodlarından istifadə etməklə  yaxşı pul qazanmaq və ailəmizi təmin etmək qalır.

V.Manafov bizimlə söhbətində söylədi ki, kənddə subartezian quyuları çoxdur və onların gücü ilə pambığın suvarılmasını həyata keçirirlər. Əgər erməni təcavüzkarları Sərsəng su anbarını işğal altında saxlamasaydılar onda su sarıdan nigarançılıq olmazdı. Bir qədər çətin  olsa da,  əkinçilər  sudan qənaətlə istifadə etməklə vəziyyətdən çıxırlar.

Cari mövsümdə əkin sahələri daha da genişləndirilib. Yaxın günlərdə çiyid  səpininə  başlanacaq və bol məhsulun təməli qoyulacaq. Hazırda sahələrdə  çiyid  səpininə hazırlıq işləri görülür.

ikisahil.com

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top