
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının açılış mərasimi olacaq.
Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FAO Azərbaycan Tərəfdaşlıq Proqramı – FATP) açılış mərasimi olacaq.
FATP açılışında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru, FAO-nun Azərbaycan Respublikasındakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri, layihə rəhbərləri, aqrar sahə üzrə mütəxəssislər iştirak edəcəklər.
Azərbaycan ilə FAO arasında əməkdaşlıq son 20 il ərzində inkişaf edib və Bakıda Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin yaradılması ilə nəticələnib. 2015-ci ilin mayında FAO-nun Baş direktorun ölkəyə səfəri zamanı FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) əsasının qoyulması barədə razılıq sazişi imzalanıb və 2016-2020 illər üçün 10 milion ABŞ dolları dəyərində əməkdaşlıq çərçivəsi təsis edilib. Azərbaycan Hökumətinin sazişi ratifikasiyasından sonra 2016-cı ilin dekabrında FATP üçün Əməliyyat Çərçivəsi təsdiq olunub.
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının məqsədi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və FAO-nun strateji məqsədlərinə müvafiq olaraq, ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinə, kənd yerlərində sosial rifah səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verməkdir.
Proqramın əhatə dairəsinə aşağıdakı sahələr daxildir:
– Transsərhəd heyvan və bitki xəstəlikləri ilə mübarizə daxil olmaqla heyvan sağlamlığı və bitki mühafizəsi;
– Kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə və kəndin inkişafına investisiya üçün əlverişli şərait;
– Kənd təsərrüfatı təhsili, tədqiqatı və informasiya və məsləhət xidmətləri daxil olmaqla bacarıqların inkişaf etdirilməsi;
– Kənd təsərrüfatı və kəndin inkişafı üzrə siyasətin və institusional çərçivənin gücləndirilməsi.
Proqram çərçivəsində icra olunacaq 3 layihənin müqavilələri artıq imzalanıb. Bunlar “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi”, “Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması” layihələridir.
“Aqrar Məşğulluğun Artırılması”, “Azərbaycanda Fındıq Sektorunun Səmərəliliyinin və Davamlılığının Təmin Edilməsi” və “Qadın Fermerlərin Məşğulluğun Artırılması” layihələrinin icrası barədə müqavilələr artıq imzalanmaq üzrədir.
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycan gəncləri kənd təsərrüfatı ixtisasları üzrə 27 ölkənin 136 nüfuzlu ali təhsil müəssisəsində təhsil ala biləcək
Azərbaycan Respublikası Prezidentinin 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali […]
Qazaxıstan buğda və unun ixracına məhdudiyyət qoyur
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi buğda və unun ixracına məhdudiyyətlərin tətbiqi barədə sərəncam hazırlayıb. Economic.Az oxu.az-a […]
Bağlarda xəstəlik yayılması riski var – FERMERLƏRƏ SMS GÖNDƏRİLDİ
Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən bağlarda yarpaq dəlikliyi və boz çürümə xəstəliklərinin yayılması riski […]