MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Prezident İlham Əliyev

Bir sıra şəhər və rayonların su təminatı yaxşılaşdırılır – SƏRƏNCAM

Prezident İlham Əliyev bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Economic.az xəbər verir ki, sərəncama əsasən, əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
26 ədəd subartezian quyusunun qazılacağı yerlərin siyahısı:

Sıra

№-si

Şəhərin, rayonun adıQuyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər
Gəncə1Şıxzamanlı qəsəbəsi6773
Naftalan1Qaşaltı Qaraqoyunlu kəndi930
Yevlax3Hacımahmudlu kəndi635
Qaramanlı kəndi878
Nurallar kəndi247
Goranboy10Əlirzalı kəndi1248
Hazırəhmədli kəndi1183
Xınalı kəndi1061
Qaradağlı kəndi3723
Qaramusalı kəndi1181
Qızılhacılı qəsəbəsi (3 quyu)7206
Muzdurlar kəndi1596
Səfikürd kəndi4990
Göygöl5Balçılı kəndi2350
Quşqara kəndi (2 quyu)1698
Nadil kəndi1359
Səmədli kəndi470
Samux6Aşağı Ağasıbəyli kəndi522
Çobanabdallı kəndi3030
Hacıalılı kəndi1300
Qarayeri qəsəbəsi6299
Qovlarsarı kəndi1545
Samux şəhəri10474
Cəmi:262360 698

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top