BİÇİN DAVAM EDİR – BU RAYONLARDA MƏHSULDARLIQ YÜKSƏKDİR
TAXIL SAHƏLƏRİNİN 16,7 FAİZİNDƏ BİÇİN BAŞA ÇATIB
10 RAYONDA ARPA ÜZRƏ MƏHSULDARLIQ 33 SENTNERDƏN YÜKSƏKDİR
Economic.az xəbər verir ki, Azərbaycanda taxıl biçini davam edir. Bugünədək ölkə üzrə zəmilərin 16,7 faizində biçin başa çatıb, 169097 hektar sahədən 514246,9 ton məhsul yığılıb. Biçilmiş sahələrin 161539,9 hektarı arpa, 7558,4 hektarı buğda sahələridir. İyunun 12-nə olan operativ məlumata görə, respublika üzrə orta məhsuldarlıq 30,4 sent/ha, arpa üzrə 30,3 sent/ha, buğda üzrə 33,2 sent/ha təşkil edir.
Biçin prosesinə 1398 kombayn cəlb olunub. Bunlardan 552-i “Aqrolizinq” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. “Aqrolizinq” tərəfindən məhsulun tez və itkisiz yığılması üçün biçinə başlanılmayan dağlıq və dağətəyi rayonlardakı bölmələrdən hazırda aktiv biçin prosesinin getdiyi Aran rayonlarına əlavə olaraq 166 kombayn dislokasiya olunub. Biçin prosesində hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 707 kombayn da iştirak edir. “Aqrolizinq”in kombaynları tərəfindən 66792 ha, hüquqi və fiziki şəxslərin kombaynları tərəfindən 102305,3 ha sahə biçilib.
Arpa üzrə ən yüksək məhsuldarlıq Ağdam, Ağcabədi, Ağsu, Hacıqabul, İmişli, Qax, Saatlı, Salyan, Sabirabad, Samux rayonları ərazisində qeydə alınıb. Bu rayonlarda məhsuldarlıq 33 sentnerdən çoxdur.
Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640977,6 hektarı buğda, 369240,4 hektarı arpa sahələridir.
Biçin prosesi davam edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]