“Beynəlxalq Bank” özəlləşdiriləcək
Bu gün Bakıda “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” mövzusunda keçirilən forumda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı çıxış edib.
Palatanın sədri çıxışında ölkədə bank sektorunun yaxşılaşdırılması və maliyyə vəziyyətinin normallaşdırılması üçün həyata keçirilən tədbirlərdən danışıb.
R.Aslanlı: “Bank sektorunun sağlamlaşdırılması, iqtisadi artım və effektivliyin təmin olunması, biznesin inkişafı üçün tədbirlər görülür. 2017-ci ilə qədər dövlət tərəfindən maliyyə bazarlarının bir sıra islahatlar həyata keçirilir. Hal-hazırda sağlamlaşdırma prosesində olan bank “Beynəlxalq Bank”-dır. Bu bankın bir hissəsi dövlətə məxsusdur, buna görə də bankın sağlamlaşdırılmasında Maliyyə Nazirliyi də tədbirlər görür. 2017-ci ilə qədər “Beynəlxalq Bankın Özəlləşməyə tam hazırlanması düşünülür”.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]