Bayden yenə öz “repertuarında”: Bu dəfə Braziliya prezidentini pərt etdi – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bayden yenə öz “repertuarında”: Bu dəfə Braziliya prezidentini pərt etdi – VİDEO

ABŞ Prezidenti Co Bayden yenə öz “repertuarında”dır. Belə ki, qəribə hərəkətləri ilə gündəmdən düşməyən Ağ Ev rəhbəri bu dəfə öz davranışları ilə Braziliyanı iki dəfə təhqir edib – əvvəlcə bayrağını, sonra Prezidenti Lula da Silvanı…

Hadisə onun Braziliya prezidenti ilə  BMT Baş Assambleyası çərçivəsində görüşü zamanı baş verib.

Belə ki, tribunada çıxışa yollanan zaman o, tələsdiyindən az qala Braziliya bayrağını yıxacaqdı.

Ancaq Bayden gündəmi bununla bitirməyib. Belə ki, Bayden braziliyalı həmkarı ilə danışıqlardan sonra onun əlini sıxmağı unudub.

Ancaq braziliyalı dövlət başçısı deyəsən Ağ Ev rəhbərinin salamlaşmaqla bağlı “problemlərindən” xəbərdar olduğundan vəziyyətdən çıxa bilib. Bununla belə narazı siması kameralardan yayınmayıb.

 

 

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top