ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib.

Kəllə sümüyünün fraqmenti Salvo kəndinin cənubunda, Hatteras adasında peyda olub.

İnanılmaz tapıntı barədə Atlantik okeanının bu sahil bölgəsinə xidmət göstərən ABŞ Milli Park Xidməti (NPS) məlumat verib. Fraqmentin eni təxminən 90, hündürlüyü isə 60 santimetrə yaxındır.

Park xidməti rəsmiləri sümüyün dəniz canlısının kəlləsinin bir hissəsi olduğunu və heyvanın uzunluğunun 18 metrə, çəkisinin təxminən 40 tona çata biləcəyini təxmin edirlər. Tədqiqatçılar, həmçinin, fraqmentin donqar balinalara (Megaptera novaeangliae) aid olduğunu ehtimal edirlər.

Mənbə: Daily Mail

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top