
“Bank of America”: Gələn il neftin qiyməti 100 dollar/barrel ola bilər
Neftin bir barrelinin qiyməti gələn il 100 dollar səviyyəsinə çata bilər.
Bu barədə “Bank of America Merrill Lynch” beynəlxalq investisiya bankı məlumat yayıb.
Banka görə, gələn il qlobal neft bazarında tələb-təklif tarazlığı pozulacaq. “Bank of America” “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 2018-ci ildə 70 dollar, gələn il isə 75 dollar olacağını proqnozlaşdırır.
“Bank of America”nın əmtəə araşdırmaları üzrə direktoru Francisco Blanche bildirib ki, 2019-cu ilin ikinci yarısında “Brent” markalı neftin qiymətinin 90 dollar/barrel olacağını gözləyirik. “Brent” neftinin qiyməti gələn il 100 dollar/barrel səviyyəsinə də yüksələ bilər”.
AzərTac
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycan neftinin qiyməti bahalaşıb.
Economic: “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar artaraq 62,98 dollar təşkil edib. […]
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Economic.az: Aprelin 7-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə […]
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
ECONOMIC: Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,12 dollar […]