Bank “BTB” ASC İnsan resursları departamentinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
İş barədə məlumat:
1. Bank üzrə illik işə qəbul planının icrasını təşkil edir;
2. Əmək münasibətlərinin tənzimlənməsi üzrə əmrləri hazırlayır və əməkdaşlara iş yerindən arayışları təqdim edir;
3. Əmək müqavilələrinin elektron qeydiyyatını həyata keçirir;
4. Test bazasının hazırlanması və yenilənməsini həyata keçirir;
5. Karyera tədbirlərini təşkil edir;
6. Bankdaxili qaydalara müvafiq olaraq, şöbənin fəaliyyəti barədə hesabatlar hazırlayır;
- Əməkdaşların əmək kitabçaları ilə təmin edilməsi. Əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanmasını təmin edir;
- Davamiyyət sisteminə nəzarəti həyata keçirir və davamiyyət hesabatları hazırlayır;
- İşçi heyətinin sığortalanması ilə əlaqədar işləri həyata keçirir;
- Bankın işçi heyəti üçün qiymətləndirmənin müəyyən olunmuş vaxt ərzində aparılmasını həyata keçirir;
- İşçilərin qiymətləndirmə layihələrin həyata keçirilməsi;
- Bankdaxili kompensasiya sisteminin təkmilləşdirilməsi üzrə layihələri həyata keçirir;
- Müvafiq inkişaf proqramlarını həyata keçirir;
- Bankdaxili qaydalara uyğun olaraq, karyera inkişaf planlarının hazırlanması və tətbiqi işini təşkil edir;
- Korporativ tədbirləri təşkil edir;
- İşçi heyətinin sığortalanması ilə əlaqədar işləri həyata keçirir
Namizədə tələblər:
- ali təhsil;
- ünsiyyətqurma bacarığı;
- analitik düşünmə qabiliyyəti;
- bank fəaliyyəti və əmək qanunvericiliyi ilə bağli biliklər.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05.05.2016-cı il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İnsan resursları departamentinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.