MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

formula 1

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ağacəkmə aksiyası keçirib

“Gəlin Bakını sürətlə yaşıllaşdıraq”
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçiləri Formula 1 Avropa Qran Prisinin Könüllüləri və Marşalları ilə birlikdə aprelin 9-da Səbail rayonunda yerləşən Dostluq Parkında ağacəkmə aksiyası keçirib. Tədbirdə Avropa Qran Prisinin rəsmi elçilərindən Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva və Formula 1 şərhçisi Rəhim Əliyev də iştirak edib ağac əkdilər.

“Gəlin Bakını sürətlə yaşıllaşdıraq” devizi altında baş tutan aksiyada Abşeron iqliminə uyğun olan 500-dək şam və sərv ağacı əkilib. Tədbirin keçirilməsində əsas məqsəd mötəbər idman yarışına ev sahibliyi edən Bakıda yaşıllıq zolaqlarını artırmaq və şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasını sürətləndirmək, eləcə də Avropa Qran Prisinin təşkilatçılığında fəaliyyət göstərən kollektiv arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə töhfə verməkdir.

Aksiyada iştirak edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri İrana Əhmədova hamının bu işdən böyük zövq aldığını qeyd edərək tədbirin yüksək əhval-ruhiyyədə keçdiyini bildirdi: “Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi Formula 1 Avropa Qran Prisinin keçirilməsinə iki aya yaxın müddətin qaldığı bir ərəfədə 250-ə yaxın əməkdaşımız, yarışın könüllüləri və marşalları böyük məmnuniyyətlə Bakını yaşıllaşdırmaq təşəbbüsü ilə çixış etdilər. Aksiyada iştirak edənlər hərəyə iki ağac əkərək gələcək nəsillər üçün daha təmiz, yaşıl və təhlükəsiz ətraf mühitin miras qoyulmasına öz töhfələrini verdilər.”

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti növbəti aylarda da oxşar sosialyönümlü tədbirlər keçirməyə davam edəcək.


“Gəlin Bakını sürətlə yaşıllaşdıraq”

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top