Bakı-Quba yolu ilə bağlı növbəti sual: Təmirdən əvvəl də 90 km/saat, sonra da? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Təmir prosesində olan Bakı-Quba avtomobil yolunda sürət həddinin hansı norma ilə saxlanacağı sual altındadır.
Bununla bağlı Oxu.Az-ın redaksiyasına müraciət edən vətəndaşlar aidiyyəti qurumlar tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyiblər.
Belə ki, həmin yolda təmirdən öncə sürət həddi azaldılıb, 90 km/saat müəyyən edilmişdi. Buna səbəb isə yol infrastrukturundakı problemlər göstərilirdi.
Artıq yaxın vaxtlarda təmirin başa çatması, istifadəyə verilməsi gözlənilən yolda sürət həddinin necə müəyyənləşdiriləcəyi sürücülər üçün müəmmalı qalır.
Bununla bağlı Oxu.Az-ın sorğusunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev cavablandırıb. O xatırladıb ki, Bakı-Quba yolunda sürət həddi 90 km/saat olub:
“Təmir başa çatdıqdan, yol təhvil verildikdən sonra da dəyişiklik gözlənilmir. Sürət həddi saxlanacaq”.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli isə qeyd edib ki, agentlik sürət limiti təyin edən qurum deyil.
Qeyd edək ki, bundan öncə Bakı-Quba ödənişli magistral yolu ilə bağlı da analoji sual yaranmışdı. Həmin yolda sürət həddinin 110 km/saat olub-olmayacağına dair yekun qərar hələ yoxdur.
Aysel Aslan
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]