MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

metro

“Bakı Metropoliteni”nin nizamnamə kapitalı 2,4 mlrd. manata çatır

Bakı Metropoliteni” QSC 2015-ci ilin maliyyə vəziyyəti haqqında hesabatı açıqlayıb.

2014-cü il ilə müqayisədə ötən il Bakı metrosunun cəmi aktivləri 10,75% artaraq 2 mlrd. 226 mln. 770,658 min manat olub. Hesabat dövrünə QSC-nin cəmi uzunmüddətli aktivləri 2 mlrd. 147 mln. 152,700 min manat, cəmi qısamüddətli aktivləri isə 79 mln. 617,958 min manat təşkil edib.

2015-ci ilin dekabrın 31-ə “Bakı Metropoliteni“nin uzunmüddətli debitor borcları 2 mln. 784,289 min manat, uzunmüddətli kreditor borcları 1 mln. 678, 683 manat olub.

Son 1 ildə qurumun cəmi öhdəlikləri 55,58% azalaraq 94 mln. 918,899 min manata düşüb. Ümumiyyətlə, hesabat dövrünə “Bakı Metropoliteni“nin cəmi uzunmüddətli öhdəlikləri 17 mln. 421,018 min manat, cəmi qısamüddətli öhdəlikləri isə 77 mln. 497,881 min manat olub.

Hesabat dövründə QSC-nin nizamnamə kapitalı 18,67% artaraq 2 mlrd. 373 mln. 140 min 514 manat təşkil edib.

Bakı Metropoliteni” ötən ili 28 mln. 305,023 min manatlıq zərərlə başa vurub.

apa.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top