
Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər edilib
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına, əsasən, Bakı şəhərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edilməsi, müəyyən ərazilərdə sıxlığın azaldılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif layihələr işlənilir.
“Economic”in məlumatına görə bu cür yeniliklərdən biri Bakı Dairəvi-1 avtomobil yolunda edilib.
Belə ki, Moskva prospektinin “Şamaxinka” deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının razılığı ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər olunub. Artıq həmin avtomobillərin “Şamaxinka” ərazisinə daxil olmadan Biləcəri-Sumqayıt istiqamətində rahat və təhlükəsiz hərəkət edə bilərlər.
Yenidənqurma işləri çərçivəsində Bakı Dairəvi-1 avtomobil yolunun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səs boğucularının və dəmir-beton hissənin sökülməsi işləri aparılıb. Bununla da əsas yoldan köməkçi yola yeni keçid hissə açılıb.
Əsas yoldan yan yola keçid kimi hazırda istifadə olunan hissədə aparılan müəyyən dəyişikliklərdən sonra isə yan yoldan, yəni Yeni Yasamal ərazisindən gələn avtonəqliyyat vasitələri əsas yola keçid hissə kimi istifadə edirlər. Bunun üçün ərazidə yenidənqurma işlərindən sonra zəruri yol nişanları və təhlükəsizlik dirəkləri də quraşdırılıb.
BƏNZƏR MƏQALƏLƏR
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəxsi avtomobili ilə ticarətlə məşğul olan şəxs fərqlənmə nişanı almalıdırmı?
Şəxsi avtomobili ilə pərakəndə ticarətlə -ərzaq məhsullarının satışı ilə məşğul olan fiziki şəxs fərqlənmə nişanı […]
Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının idarə heyətinə yeni üzvlər seçilib
Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosasiyası (ABADA) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət […]