MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

azneft

Azneft dairəsi iki gün bağlı olacaq

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək “Formula 1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

“Bu səbəbdən, Neftçilər prospektinin Azneft dairəsindən başlayaraq Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsi aprelin 10-u saat 17:00-dan aprelin 11-i saat 21:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq”, -deyə, məlumatda qeyd edilib.

Xatırladaq ki, yarışdan öncə salınacaq və “Formula 1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top