MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

14931999265354315393_367x266

“Azexport” portalı ilk dəfə beynəlxalq sərgidə iştirak edir

“Azexport.az” portalı ilk dəfə olaraq XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica” sərgisində iştirak edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinfən bildiriblər ki, “Azexport” portalı nəqliyyat-logistika xidmətlərinin ixrac zəncirində əsas amil olduğunu nəzərə alaraq, yerli və xarici şirkətlərə göstərdiyi xidmətlər barədə məlumatları təqdim edir. Bundan başqa, yerindəcə onlayn qaydada sahibkarların qeydiyyatını həyata keçirir və beynəlxalq nəqliyyat şirkətləri ilə müqavilələrin bağlanması təmin olunur. Bu sərgi çərçivəsində dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-logistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatları da bir araya toplanıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top