“Azərsun” qiymətləri aşağı saldı – AÇIQLAMA – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azərsun” qiymətləri aşağı saldı – AÇIQLAMA

Azərbaycanda ən böyük qida məhsulları istehsalsalçılarından biri olan “Azərsun Holdinq” bir neçə əsas ərzaq məhsullarının qiymətlərini aşağı salıb.

Economic.az məlumatına görə holdinqin İctimaiyyətlə əlaqələr və Sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov “Marja”ya bildirdi ki, hökumət tərəfindən aparılan ardıcıl təsirli islahatlar və pul siyasəti nəticəsində iqtisadiyyatda sabitləşmə meylləri yaranmış, Azərbaycan Manatı ABŞ Dolları qarşısında möhkəmlənməyə başlamışdır. Bunu nəzərə alaraq əsas qida məhsullarından olan şəkər tozu, günəbaxan və qarğıdalı yağının qiymətləri aşağı salınmışdır:

“Ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarağıdalı yağına isə 250 manat endirim edilib. Nəticədə, şəkər tozunun kiloqramının qiyməti 6 qəpik, günəbaxan yağının qiyməti 15 qəpik, qarğıdalı yağının kiloqramının qiyməti isə 25 qəpik aşağı düşümüşdür”.

Afiq Səfərov qeyd etdi ki, Dollar/Manat məzənnəsi daha da sabitləşdikcə, digər məhsulların da qiymətlərinin aşağı salınması davam etdiriləcəkdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top