“Azərikimya” İstehsalat Birliyində Yaponiyanın “Hitachi” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azərikimya” İstehsalat Birliyində Yaponiyanın “Hitachi” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

Oktyabrın 27-də “Azərikimya” İB-də iki günlük seminar-treninq çərçivəsində Yaponiyanın “Hitachi” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.Qonaqları səmimi salamlayan “Azərikimya”-nın Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev İstehsalat Birliyində görülən işlər və perspektiv layihələr haqqında geniş məlumat vermişdir. Sumqayıtın Azərbaycanın ikinci böyük şəhəri və sənaye mərkəzi olduğunu qeyd edən M.Babayev Kimya Sənaye Parkı və parkın ərazisində tikilən zavodlar haqqında söhbət açmış, slaydlar vasitəsilə kimya sənayesinin gələcək perspektivləri haqqında nümayəndə heyətini məlumatlandırmışdır.

Səmimi qəbula görə minnətdarlıqlarını ifadə edən nümayəndə heyətinin üzvləri “Azərikimya” İB-də modernizasiya işlərində və yeni qurğuların tikintisində “Hitachi” şirkətinin də yer almasında və qarşılıqlı-faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirmişlər. Görüşdən sonra SOCAR-ın Təlim,Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzində yapon şirkətinin mütəxəssisləri tərəfindən “Hitachi kompressor texnologiyaları” mövzusunda iki günlük treninqə start verilmişdir. Treninqdə “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun müxtəlif istehsalat sahələrində çalışan 10 nəfər mütəxəssis, eləcə də SOCAR-ın müvafiq strukturlarının əməkdaşları iştirak edirlər.

Treninq başa çatdıqdan sonra iştirakçıların bilikləri yoxlanılacaq və mənimsəmə dərəcələrinə uyğun olaraq sertifikatlar təqdim ediləcəkdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top