“Azercell”dən “Yeni Il 2017” kampaniyası – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azercell”dən “Yeni Il 2017” kampaniyası

Azercell Telekom MMC yeni il münasibəti ilə yeni sərfəli kampaniyalar və unikal xidmətlər ilə abunəçilərini sevindirməyə davam edir. Şirkət bu münasibətlə abunəçilərinə hazırladığı “Yeni Il 2017”  kampaniyasını təqdim edir. “Yeni Il 2017” kampaniyası abunəçilərə həm 2 fərqli 4g smartfon seçimi, həm də sərfəli danışıq fürsəti verir. Belə ki, 26 Dekabr 2016-cı ildən etibarən Azercell abunəçiləri “Yeni Il 2017” kampaniyasına qoşularaq, 1 il ərzində ayda sadəcə 25AZN ödəməklə Lenovo 2016 + 5GB internet və ya ayda cəmi 45AZN ödəməklə General Mobile 5+ smartfonu + 5GB internet əldə edəcəklər. Bununla yanaşı, kampaniya abunəçiləri ölkə daxilində sərfəli danışmaq imkanı qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri, Azercell Express-lərə və Bakı Diler Şəbəkəsinə müraciət etməlidirlər.
 Yüksək sürətli mobil internetdən istifadəni mümkün edən smartfonları əhaliyə əlverişli şərtlərlə təqdim etmək niyyətini əsas tutaraq, Azercell bundan sonra da bu tip sərfəli kampaniyaları abunəçilərinə təqdim edəcək.
 Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top