MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

dollar

Azərbaycanın valyuta ehtiyatları 40 mlrd. dollara yaxınlaşır

Azərbaycanın valyuta ehtiyatları 2017-ci il iyulun 1-nə 39, 755 mlrd. ABŞ dolları təşkil edib.

Bunun 87,51%-i və yaxud 34 790,9 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,49%-i və yaxud 4 964,1 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 2 115,1 mln. dollar və yaxud 5,62% artıb. Artım ARDNF-in valyuta ehtiyatlarında 1 502,7 mln. dollar və yaxud 4,53%, AMB-nin valyuta ehtiyatlarında isə 531,4 mln. dollar və yaxud 11,99% olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 353,2 mln. dollar və yaxud 0,9% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 408 mln. dollar və yaxud 1,16% azalıb, AMB-nin ehtiyatları isə 680,2 mln. dollar və yaxud 15,88% artıb.

ARDNF-in valyuta ehtiyatları
(mln. ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları
(mln. ABŞ olları)
Azərbaycanın məcmuvalyuta ehtiyatları
(mln. ABŞ dolları)
01.07.201734 709,94 964,139 755,0
01.04.201733 207,24 432,737 639,9
01.01.201733 147,03 974,437 121,4
01.10.201635 822,14 132,739 954,8
01.07.201635 117,94 283,939 401,8

Report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top