
Azərbaycanın meyvə-tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür
Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev açıqlayıb ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan 327 min ton meyvə və tərəvəz ixrac edib.
B.Quliyev bildirib ki, Azərbaycanın meyvə-tərəvəz ixracının əsasını pomidor, fındıq və alma təşkil edib:
“2020-ci ilin əvvəlindən Azərbaycan 328 milyon dollar məbləğində meyvə və tərəvəz ixrac edib. Pomidor ixracından gəlirlər 162 milyon dollar, alma ixracından isə 21,499 milyon dollar təşkil edib”.
Assosiasiya rəhbəri bildirib ki, Azərbaycandan məhsul ixracı dayanmasa da, müvəqqəti olaraq azalıb. Onun sözlərinə görə, azalma ilk növbədə fermerlərə sərf etmir, çünki onlar itkilərlə üzləşir:
“Azərbaycandan meyvə və tərəvəzin əsas idxalçıları Rusiya və Belarusdur”. Trend.az
BƏNZƏR MƏQALƏLƏR
ETSN: “Pinqvin” torbalardan istifadə qadağandır
“Əvvəl plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azaldılması, […]
Azərbaycan nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalını artırır
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1,426 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələrini […]
POS-terminallara tələbat çoxalıb
İyulun 1-nə ölkədə fəaliyyət göstərən POS-terminalların sayı 55 min 631 ədəd təşkil edib. Bu göstərici […]