MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ADIF_logo-albom

Azərbaycanın bank sistemində iri sığorta hadisəsi elan edilib (YENİLƏNİB)

Ləğv edilmiş “Bank Standart” ASC-nin əmanətçilərinə kompensasiyaların həcmi 460 milyon manat təşkil edəcək. Bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) rəhbəri Azad Cavadov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumilikdə bu bankda fiziki şəxslərin əmanətlərinin həcmi 603 milyon manat, o cümlədən sığortalanmış əmanətlərin həcmi 568 milyon manat təşkil edir: “Sığortalanmış əmanətçilərin ümumi sayı 138 min nəfər təşkil edir”.

A.Cavadov qeyd edib ki, ilk dəfə Azərbaycanda sistem əhəmiyyətli bankda sığorta hadisəsi elan edilib: “Bank sistemli olduğuna görə dövlət onu sağlamlaşdırmağa cəhd etdi, lakin buna nail olunmadı.

O əlavə edib ki, “Bank Standard” əmanətçilərinə kompensasiya ödənişi oktyabrın 11-də başlayacaq və bankın filiallarında aparılacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top