
Azərbaycanda yeni xidmət – işçi yalan danışa bilməyəcək
Azərbaycanda ilk dəfə “Personalın poliqrafda (yalan detektorunda) yoxlanması” mövzusunda peşəkar xidmət fəaliyyətə başlayıb.
GRBS Beynəlxalq Tədris Mərkəzi tərəfindən göstəriləcək xidmət yalnız biznes sahəsi üçün açıq olacaq.
Yeni xidmətin təqdimat mərasimində xidmət haqqında məlumat verən GRBS Beynəlxalq Tədris Mərkəzinin rəhbəri Bəhram Qurbanov bildirib ki, hər hansı bir şirkət yeni əməkdaş işə götürərkən və ya mövcud işçilərini yalan detektorunda testdən keçirərək onların psixoloji vəziyyətini, ixtisasa uyğunluğunu, düzgünlüyünü, məsuliyyətliliyini, spirtli içkilərə, narkotik vasitələrə meyilliliyini, şəxsi keyfiyyətlərini, işə zərər verə biləcək pis vərdişlərini, o cümlədən cinayət işinin olub-olmaması, mənfi keyfiyyətlərini və s. xüsusiyyətlərini müəyyən edə, onun işə qəbul edilən vəzifə üçün nə dərəcədə yararlı olub-olmadığını aydınlaşdıra bilər.
B.Qurbanov deyib ki, xidmət, eyni zamanda biznes məqsədləri üzrə fərdi şəxslər üçün açıq olacaq:
“Hər hansı bir ailə öz övladına dayə və ya ailə sürücüsü işə götürərkən yalan detektorları vasitəsilə onları testdən keçirə və həmin iş üçün yararlılığını müəyyən edə bilər”.
Onun sözlərinə görə, biznes və kadr təhlükəsizliyini təmin etmək baxımından bu metodun səmərəliliyi böyükdür: “Personalın poliqrafda yoxlanması Rusiyadan və ABŞ-dan gətirilmiş müasir poliqraflar vasitəsilə həyata keçiriləcək”.
Tədbir zamanı həmçinin qeyd olunub ki, poliqrafda yoxlanmanın nəticələri işçinin işə götürülməməsi və ya hər hansı bir işçinin işdən azad edilməsi üçün əsas ola bilməz. Poliqraf yoxlanmasının nəticəsi hüquqi əhəmiyyət daşımır. Bu nəticə işəgötürən üçün istiqamətləndirici xarakter daşıyır.
BƏNZƏR MƏQALƏLƏR
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə
COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, […]
9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun […]
Səyyar ASAN xidmət penitensiar xidmət müəssisələrində
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının […]