Azərbaycanda yeni avtovağzallar istifadəyə veriləcək
Son 10 ildə Azərbaycan ərazisində 17 avtovağzal (avtostansiya) yenidən qurularaq sərnişinlərin istifadəsinə verilib. Economic.az Trend-ə istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.
O qeyd edib ki, hazırda Gəncə Beynəlxalq Avtovağzalı və Cənub avtovağzalı da daxil olmaqla, Naftalan və Neftçalada yeni avtovağzalların bərpa və tikinti işləri davam edir.
N.Allahyarova vurğulayıb ki, ümumilikdə ölkə ərazisində 60 avtovağzal (avtostansiya) mövcuddur.
Avtovağzalların (avtostansiyaların) əhalinin və ölkəmizə gələn turistlərin rahat və təhlükəsiz daşınmasının təşkilində böyük rol oynadığını vurğulayan N.Allahyarova bildirib ki, bu baxımdan, ölkəmizdə avtovağzal şəbəkəsinin genişləndirilməsi, mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görülür.
Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilərək Qafqazın ən böyük Nəqliyyat Qovşağı layihəsi reallaşdırılır.
N.Allahyarova əlavə edib ki, şəhərlərarası sərnişindaşımada dispetçer mərkəzinin yaradılması, habelə vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi də diqqət mərkəzindədir.
BƏNZƏR MƏQALƏLƏR
-
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
-
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
-
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]