MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

socar-tower

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyonu ötüb

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz olunması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini ötən ildə də davam etdirib. 2016-cı il ərzində “Azəriqaz”da əhali sektoru üzrə 171 min 707 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bunun 40 min 817-si Bakı, Abşeron və Sumqayıt, 130 min 890-ı isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 4 min 857-yə çatıb.

2017-ci il yanvarın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 134 min 659 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub, qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top