MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

çaxır-şərab

Azərbaycanda şərab istehsalı ilə bağlı YENİ QAYDA

Nazirlər Kabineti “İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə Əsasnamə”də dəyişiklik edib.

Economic.az APA-ya istinadən bildirir ki, bu Əsasnamə istehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydalarını müəyyən edir.

Əsasnaməyə əsasən yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir. İndiyə qədər ərizə ilə birlikdə məhsula dair annotasiya, məhsula ad verilməsi barədə əsaslandırma məktubu, məhsulun hazırlanma texnologiyasına dair təlimat, məhsulun tərkibi barədə reseptura məlumatları, məhsulun orqanoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı, məhsulun hazırlanmasında istifadə olunan xammal və materialların mənşəyi barədə məlumatlar, məhsul buraxılan qabların nümunələri, habelə xarici tərtibatının, o cümlədən etiketlərinin eskizləri və ekspertiza üçün qablaşdırılmış məhsulların nümunələri təqdim olunub. Dəyişikliyə əsasən bundan sonra həmin məhsulun tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməməsi barədə sənəd də ərizəyə əlavə edilməlidir.

Qeyd edək ki, xüsusi ad verilən şərabçılıq məhsulu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 3 gündən gec olmayaraq dövlət reyestrində qeydiyyata alınır. Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhsulun attestasiyasına dair 15 gün müddətində şəhadətnamə təqdim edilir. Şəhadətnamə 5 il müddətində verilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top