Azərbaycanda kompüter və optik məhsulların istehsalı artıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda kompüter və optik məhsulların istehsalı artıb

Azərbaycanda bu ilin yanvar-mart aylarında kompüter və optik məhsulların istehsalında artım müşahidə olunub. Qeyd olunan müddət ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 50,2 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 14,1 faiz artmışdır.

Dövr ərzində əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 29,4 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,0 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 52,1 faiz artmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top