Azərbaycanda kartof yığımı azalıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda kartof yığımı azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 49 077,4 hektar sahədən 981 927 ton kartof yığılıb.

APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9% və ya 40 min ton azdır.

2022-ci ilin yanvar-sentyabr aylarında 54 066,7 hektar sahədən 1 milyon 21,9 min ton məhsul yığılıb.

Qeyd edək ki, hesabat dövründə ən çox kartof Şəmkir (188 590 ton), Cəlilabad (171 500 ton) və Tovuz (160 000 ton) rayonlarından yığılıb.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top