AZƏRBAYCANDA İLK DƏFƏ AQRAR VƏ YAŞIL TEXNOLOGİYALAR ÜZRƏ BEYNƏLXALQ FORUM KEÇİRİLƏCƏK
Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
“Economic”ə verilən məlumata görə, “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək Beynəlxalq Forumun 10-11 dekabr 2018-ci il tarixlərində ADA Universitetində keçirilməsi planlaşdırılır.
“AgTech and Green Energy” Forumunun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.
Forumda ayrı-ayrı nazirliklərin, dövlət qurumlarının vəzifəli şəxsləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edəcəklər.
Forumla bağlı daha ətraflı məlumatı www.agtech.az internet səhifəsindən və tədbirin sosial şəbəkələrdəki səhifəsindən (https://www.facebook.com/AgTech.az/) əldə edə bilərsiniz.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]