Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarların sərgisi keçiriləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarların sərgisi keçiriləcək

“Sentyabr aylarında Azərbaycanda müxtəlif sektorlarda fəaliyyət göstərən qadın sahibkarların sərgisi nəzərdə tutulur”.

Economic.az bildirir ki, bu sözləri Karvannews.com-a açıqlamasında “Karvan-L” MMC-nin icraçı direktoru Rəna Qəfərova bildirib.

“Bu sərgi qadın sahibkarlar üçün post-pandemiya dövründə fürsətdir. Artıq 2 ilə yaxındır ki, bir neçə şirkətlər fəaliyyət göstərə bilmədiklərinə görə bazardan çıxmışlar.

Öz aktuallıqlarını itirmiş, PR işləri dayanmışdır. Bunları nəzərə alaraq qadınlara dəstək üçün belə bir sərgi planlaşdırırıq ki, ölkədə fəaliyyət göstərən yüzə yaxın qadın sahibkarların şirkətlərinin məhsullarının xidməti göstərilsin. Bu sərgidə Azərbaycanda fəaliyyət gösətərən xarici şirkətlərin və xarici vətəndaşların iştirakı da gözlənilir”.

Qeyd edək ki, sərginin Bakının aparıcı otellərinin birində keçiriləcəyi gözlənilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top