Azərbaycanda bu il 2 minədək avtomobil yığılıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda bu il 2 minədək avtomobil yığılıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 992 vahid minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ötən ilin analoji dövrü ilə müqayisədə 21,3% çoxdur.

Təkcə noyabr ayında 130 vahid avtomobil buraxılıb ki, bu da oktyabr ayı ilə müqayisədə 2,7 dəfə azdır. Qeyd edək ki, dekabrın 1-nə hazır avtomobil ehtiyatı 381 vahid təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top