Azərbaycanda bəzi qanunlar Ələt iqtisadi zonasında qüvvədə olmayacaq
Prezident İlham Əliyev “Torpaq bazarı haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Dövlət satınalmaları haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunlarda edilmiş dəyişiklikləri təsdiqləyib.
Economic.az “Report”a istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, bundan sonra Ələt azad iqtisadi zonasında torpaq bazarının təşkil edilməsi, bu bazarda iqtisadi və hüquqi məsələlərin tənzimlənməsi, xarici elementli mülki hüquq münasibətlərinə tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiyası, eləcə də həmin zonanın yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətlər, həmin zonada sahibkarlıq fəaliyyətinin təşkil olunması qaydaları “Ələt azad iqtisadi zonası haqqında” qanuna uyğun tənzimlənəcək, yuxarıda adları çəkilən qanunların müddəaları Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilməyəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Moldova ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın ölkəmizdə səfərdə olan Baş naziri xanım Nataliya Qavrilitsa ilə görüşüb. […]
-
İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər […]
-
Azərbaycanlı qardaşlarımızın yanındayıq -ƏRDOĞAN
“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində əvvəl olduğu kimi indi də yanında olacağıq”. Bunu Türkiyə Prezidenti Rəcəb […]