
Azərbaycan Türkiyədən avtomobil ixracını artırıb
2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49,13 faiz artaraq 48,854 milyon dollar təşkil edib.
Economic.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2020-ci ilin iyun ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin may ayına nisbətən 3,8 faiz artaraq 7,53 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 10,793 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz azalıb.
Türkiyədən avtomobil ixracı yanvar-may aylarında ölkənin ümumi ixracının 14,4 faizini təşkil edib.
Son 12 ayda (iyun 2019 – iyun 2020) Türkiyə 26,067 milyard dollar məbləğində avtomobil ixrac edib.
BƏNZƏR MƏQALƏLƏR
“Eurodesign” şirkətinin təşəbbüsü ilə tələbələr üçün ödənişsiz vebinar keçiriləcək
Economic: Telekommunikasiya sahəsində yüksək səviyyəli xidmət və müasir həllər təklif edən “Eurodesign” şirkətinin təşəbbüsü ilə […]
Startaplar niyə uğursuz olurlar? – 5 əsas səbəb
Statistikaya görə yaranmış 10 startapdan 9-u elə ilk ildə uğursuz olur və fəaliyyətin dayandırır. Bunun […]
Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər davam edəcək
AZAL 2020-ci ilin oktyabr ayının sonunadək Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər həyata keçirməyə […]