MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

IMG-20210529-WA0014

“Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsi səmərəli və uğurlu görüşlər, yeni əməkdaşlıq əlaqələrin qurulması ilə davam etdirilir – FOTO

ECONOMİC: Avrasya Ekonomik İlişkilər Dərnəyi, T.C. Kültür ve Turizm Bakanlığı Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığı, Həsən bəy Zərdabi İrs Mərkəzi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsi çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti ilə səfərdə olan EkoAvrasya təşkilatının İdarə Heyətinin sədri Hikmet Eren Karvan L Şirkətlər qrupunu ziyarət etmişdir. Karvan L Şirkətlər Qrupunun İcraçı Direktoru ilk öncə gələn qonaqlara şirkət haqqında geniş məlumatlar vermişdir. Şirkətin yerli və beynəlxalq ticari dövrüyyələrindəki iştirakı, təbii və keyfiyyətli məhsulun əldə olunması üçün davamlı tətbiq olunan yeniliklər və şirkətin strateji idarəetməsində istifadə olunan innovativ üsul və mexanizmlər haqqında geniş məlumat verdikdən sonra Azərbaycan və Türkiyə iş adamları ilə davamlı və uğurlu qurulan əməkdaşlıq əlaqələri, gələcək perspektivlər müzakirə olundu. Daha sonra EkoAvrasya Təşkilatının sədri Türkiyə dövlətinin sağlam və şəffaf biznes mühitinin yaradılması və eyni zamanda sahibkarlığın inkişafına yönəlmiş dövlət siyasəti haqqında məlumat verərək məhz Azərbaycanda da bu istiqamətdə çox uğurlu və strateji addımların atılmasını sevindirici hal kimi qeyd etdi. Görüş zamanı EkoAvrasya təşkilatının sədri Karvan L Şirkətlər Qrupunun İcraçı Direktoru Rəna Qəfərovaya Azərbaycan Türkiyə Könül Elçiləri Layihəsinin Təşəkkür Diplomu təqdim edildi. Daha sonra qonaqlar Karvan L şirkəti tərəfindən istehsal olunan bir çox unikal məhsullarla tanış oldular.IMG-20210529-WA0019 IMG-20210529-WA0020 IMG-20210529-WA0018 IMG-20210529-WA0017 IMG-20210529-WA0016 IMG-20210529-WA0015 IMG-20210529-WA0014 IMG-20210529-WA0013 IMG-20210529-WA0012 IMG-20210529-WA0011 IMG-20210529-WA0010 IMG-20210529-WA0008 IMG-20210529-WA0009

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top