Azərbaycan Turizm və Menecment Universiteti Karyera Mərkəzləri Şurasının İdarə Heyətində təmsil olunacaq - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Turizm və Menecment Universiteti Karyera Mərkəzləri Şurasının İdarə Heyətində təmsil olunacaq

ECONOMİC: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Azərbaycanda ali məktəblərin Karyera Mərkəzləri Şurasının yaradılmasına dair növbəti görüş keçirilib. Görüşdə iştirak edən universitet təmsilçiləri yeni yaradılacaq Karyera Mərkəzləri Şurasının İdarə Heyətinə seçilmək üçün təqdimat və təkliflər irəli sürüblər. Təqdimatçılar arasında Azərbaycan Turizm və Menecment Universitetinin karyera və kommunikasiya şöbəsinin əməkdaşı Aida Bayramova da olub.
Economic.az xəbər verir ki, bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, səsvermə nəticəsində 6 universitet yeni yaradılacaq Karyera Mərkəzləri Şurasının İdarə Heyətinə seçilib. Səs çoxluğu ilə İdarə Heyətinə seçilənlər arasında Azərbaycan Turizm və Menecment Universiteti də yer alıb. Karyera Mərkəzləri Şurasının İdarə Heyətində universitetlərdən başqa Dövlət Məşğulluq Agentliyinin və Təhsil Nazirliyinin bir nümayəndəsi də yer alacaq. Şuranın əsas məqsədi universitetlərin Karyera mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, müəssisələrlə əməkdaşlıq, tələbələrlə peşəyönümlü işlər aparılması, peşəkar karyera dəstəyi və s. istiqamətlərdə beynəlxalq və yerli təcrübənin tədqiqi, öyrənilməsi, tətbiqi məsələlərini əhatə edir.
Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetində Karyera və kommunikasiya şöbəsi 4 ildən çoxdur fəaliyyət göstərir. Anar Eminovun rəhbərliyi ilə şöbənin fəaliyyəti tələbələrin istehsalat və könüllü təcrübə proqramlarını, məzun bazasının formalaşdırılması və bir sıra peşəkar karyera inkişafı yönündə layihələrin icrasını əhatə edir. Bundan başqa, müxtəlif müəssisələrdə karyera imkanları, onlayn karyera günləri və s. kimi tədbirlər də universitetin karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə həyata keçirilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top