Azərbaycan Turizm Bürosu “Skyscanner” platforması ilə əməkdaşlığa başlayıb
Azərbaycan Turizm Bürosu metaaxtarış mühərriki vəzifəsini daşıyan, aviabiletlər, hotel və avtomobil icarəsini əlçatan edən “Skyscanner” platformasında onlayn kampaniyaya start verib.
Kampaniya çərçivəsində “www.skyscanner.net” saytında beynəlxalq platformanın İsrail, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən olan istifadəçiləri üçün Azərbaycana uçuşlar, hotellər və turizm təklifləri haqqında ingilis dilində ətraflı məlumatlar yerləşdirilib.
Belə ki, platforma istifadəçiləri əsas səhifəni sadalanan ölkələr üzrə dəyişdikdə Azərbaycan haqqında maraqlı məlumatların yerləşdirildiyi səhifəyə yönləndirilirlər.
Həmin səhifədə isə ölkəmizin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış obyektləri, memarlıq və sənətkarlıq nümunələri, təbiəti, multikultural mühiti haqqında geniş məlumat öz əksini tapır.
Eyni zamanda platformanın feysbuk və instaqram hesablarında müxtəlif məzmunlu reklamlar yerləşdirilib. Bu reklamlar istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm ölkənin turizm potensialı haqqında məlumatlılığı artırmağa, həm də Azərbaycana səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edir.
“Skyscanner” onlayn səyahət agentliyinin əsası 2003-cü ildə Böyük Britaniyada qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan saytı hər ay 100 milyon nəfər ziyarət edir.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu bundan əvvəl BƏƏ-nin aparıcı səyahət platforması “DnataTravel”, Rusiyanın ən iri səyahət platformalarından biri olan “Travelask.ru”, eləcə də beynəlxalq platformalar olan “Wego”, “Expedia” və “Aviasales” ilə əməkdaşlığa başlayıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]